FREE&FULL KITABLAR HER DILDE VE DE HER NOVDE

Ədəbiyyat


 

 

◊ NIZAMI GƏNCƏVİ VƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞI ARASINDA MİLLİ İMTİHAB

  Şərh göndərin 25.12.2009 22:39

N.GƏNCƏVİ (1141-1209).İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə -1209, Gəncə) -Azərbaycan şairi və mütəfəkkiri. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə əlmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur.Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş,halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/70-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq tezkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Şirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrul un sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180 ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188 ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəmişdisə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196 ildə Elaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Rənəssansının zirvəsi olan yaradıcılığında dövrünün ən hümanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub o an bu qəhrəmanların heç birisinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının baş mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla elaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvi-nin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox xarici ölkə şəhərlərinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi tikilmişdir.
M.FÜZULİ(1494-1556). 
   
Orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan şe`rin ən böyük nümayəndəsi Füzulidir. Özünəqədərki Yaxın və Orta Şərq xalqlarının müxtəlif dillərdə yaratdığı zəngin mədəniyyətin ziyası altında müşahidə edən sənətkar zəngin və çoxcəhətli bir irs yaratmışdır. Azərbaycan, fars və ərəb dillərində Şərq şe`rinin müxtəlif şəkillərində əlçatmaz bədii xüsusiyyətlərə malik əsərlər yaradan Füzuli, hər şeydən əvvəl, dərin humanizm ilə seçilir. Onun əsərlərində XVI əsrin birinci yarısının həyatı demokratik mövqedən əks olunmuşdur. Ana dilini dərindən sevən şair bu dildə "nəzmi-nazik" yaratmaqla böyük qəhrəmanlıq göstərmişdir. Onun əsərləri həyata, insana dərin məhəbbətin ifadəsidir. Bu əsərlərdə xalqın nəcib qəlbi, müqəddəs arzuları əks olunmuşdur. Bu əsərlər Azərbaycan xalqının əvəzolunmaz mə`nəvi sərvətidir. 

Məhəmməd Süleyman oğlu Füzuli təxminən 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur. Füzulinin həyat və yaradıcılığı ilk dövrləri Bağdad və Kərbəla da daxil olmaqla İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Bu, 1534-cü ilə, şairin 40 yaşına qədər davam etmişdir. O, feodal üsuli-idarəsinin eybəcərliyi, hakim təbəqələrin mə`nəvi yoxsulluğu, cahilliyi haqqında kəskin inkaredici əsərlər yazır. "Şikayətnamə", "Leyli və Məcnun", "Padşahi-mülk", Ənisül-qəlb", "Könül, səccadəyə basma ayaq, təcbihə əl urma" kimi feodal gerçəkliyini ehtirasla inkar və ifşa edən əsərləri məhz bu vaxt yaranır. 

Məhəmməd Füzuli qəməri tarixilə 963-cü, miladi təqvimlə 1556-cı ildə taun xəstəliyindən Kərbəlada vəfat etmiş, orada da dəfn olunmuşdur. Bu tarixi onun yaxın dostu və müasiri Əhdi Bağdadi öz təzkirəsində göstərmiş, başqa mənbələr də təsdiq edirlər. 

O, çoxlu miqdarda epik və lirik, mənzum və mənsur, elmi və bədii əsərlər yaratmışdır. Onun ədəbi irsinə azərbaycanca "Divanı", farsca "Divanı", azərbaycanca, farsca, ərəbcə qəsidələrdən ibarət "Divanı", "Leyli və Məcnun" aşiqanə romantik poeması, "Bəngü Badə", "Yeddi Cam" alleqorik poemaları, "Şikayətnamə" də daxil olmaqla məktubları, "Səhhət və Mərəz", "Rindü Zahid" adlı farsca yazılmış alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, "Hədiqətüs-süəda" kimi türkcə nəsr əsəri, "Hədisi ərbəin tərcüməsi", "Mətləül e`tiqad" kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri daxildir.

Qəzəllər:
"Məni candan usandırdı" "Söz" "Olsaydı məndəki qəm" "Yetər ey fələk" "Tutuşdu qəm oduna" "Pənbeyi-daği-cünun" "Keç" "Bəkləriz" "Könül səccadəyə basna ayaq, təsbihə əl urma" "Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"
Yuxarıdakı son iki qəzəldə mövhümatın, rühaniliyin cəsarətli inkarını görmək mümkündür. Naqis taəti, zahiri ibadəti Füzuli nifrətlə rədd edir, islamın bir çox ayinlərini bəyənmədiyini bildirir.

Mütəfəkkir şair islam dinini tənqid etməyi qarşısına məqsəd qoymasa da, dini təmsil edən ruhani aləmini elə kəskin ifşa və inkara girişir ki, şe`r həm də dinin tənqidi kimi səslənir. Füzuli nə qədər dindar olsa da, adi müsəlman deyildi. O, panteist filosof idi. Füzuli ateist olmasa da, adi dindar da deyildir. Onun islam rühanilərini cəsarətlə tənqidində də bu cəhəti unutmaq olmaz.

Qəsidələr:
"Su" "Gül" "Xəncər" "Qələm" "Eylər" "Ənisül-qəlb"
Qitələr:
"Padşahü-mülk" "Müttəsil mə`rifət əhlini"
Poemalar:
"Bəngü Badə" (1515-1524) Şah İsmayıl Xətayiyə ithaf olunmuşdur. Poema xəfif bəhrinin ən işlək ölçüsündə yazılmışdır. "Yeddi cam" ( ) Poema mütəqarib bəhrində yazılmışdır, burada süjetə epik ünsürlər daxil edilmiş, müxtəlif musiqi alətləri ilə söhbət verilmiş, həftənin yeddi günü və kainatı dərk etməsi prosesi göstərilmişdir. "Söhbətül-əsmar" ( ) Alleqorik poemadır. "Leyli və Məcnun" (1537) Sultan Süleyman Qanuniyə ithaf olunmuşdur.
Məktublar:

"Şikayətnamə"
Əsərlər:
"Səhhət və Mərəz" Farsca və nəsrlə yazılıb. Alleqorik əsərdir. "Rindü Zahid" Farsca və nəsrlə yazılıb. İki baxışın dialoqudur. "Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) Həcmcə ən böyük əsəridir. Əsər ən`ənəvi-müştərək bir mövzuda yazılmışdır. "Hədisi ərbəin tərcüməsi" "Mətləül e`tiqad"  

Baxış: 317



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   e-Radio
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (38259)
Bahar Turkel
baharturkel.kitabxana.net (29794)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (26700)
Münasibət
nuraz.kitabxana.net (21044)
Roma Xosrov
romaxosrov.kitabxana.net (12947)

Yeni xəbərlər


M.F.Dostoyevski, Aydın Talıbzadə, Üzeyir bəy Hacıbəyov, Umberto Eko, Orxan Pamuk, Nazim Hikmət, Nərgiz Cəlilova, Xaqani Haş, Ağalar Məmmədov: bir sözlə kreativ, polemik, intellektual, estetik materiallar məcmusu...
Aydın Xan (Əbilov), kulturoloq: "Vizual Ruh haqqında Virtual düşüncələr"... "Himnin müəllifi Əhməd Cavad deyil?!" "Müəllifliyini təsdiq edən yazılı mənbə yox idi"... R.Əfəndiyeva: "KQB Asif Atadan boşanmağa məcbur e
Niyazi Mehdi. Azərbaycan mentalitetində idealizm varmı? Ateizm və ateistlər haqda qısa məlumat... Niyə onlar ateizmi seçirlər?
Əhməd bəy Ağaoğlunun gizlinləri... 50-dən artıq Azərbaycan ziyalısı dünyaya müraciət etdi... Tamaşaçını хоşbəхtcəsinə ağladan yeni il filmləri... Çeslav Miloş adına ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırıldı. 2011-ci ildə mədəni itkilərimiz

Yazılar / kitablar


Levon Xeçoyan. "Bayquş" (hekayə). Çağdaş erməni yazıçısının müharibə haqda hekayəsi... Əsəri Seyfəddin Hüseynli ruscadan tərcümə edib... Fransız senatlar oxusa, bəlkə əməllərindən utanarlar!
Müəllif: Bələdçi
"Yuxuma söykənmiş adam". Sumqayıtda yaşayıb-yaradan tanınmış və istedadlı şairdən maraqlı bir poetik kitab...
Müəllif: İbrahim İlyaslı
"Taleyin ağır taleyi". Roman və hekayələr. Görkəmli xalq şairi, tanınmış imza sahibi, gözəl şeirlər müəllifi, nəğməkar şairin kitabında müxtəlif illərdə qələmə aldığı maraqlı bədii nəsr nümunələri toplanıb...
Müəllif: Fikrət Qoca
"Yarımçıq Şikəstə". Tanınmış yazıçı-publisistin aktual problemlərə toxunulan pyes və hekayəsindən ibarət e-toplu…
Müəllif: Yusif Əhmədov